Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının nümayəndəsi, polkovnik-leytenant İbrahim Zülfüqariyə istinadən məlumat yayıb.
Dəqiqləşdirilmiş məlumatlara və yerində aparılan əlavə təhlillərin nəticələrinə əsasən, ABŞ ordusuna məxsus iki C-130 hərbi-nəqliyyat təyyarəsinin və iki “Black Hawk” helikopterinin məhv edildiyi təsdiqlənib.
“Bu, ABŞ ordusunun uğursuzluqlar silsiləsini daha da dərinləşdirdi. Hamı üçün aydın oldu ki, ABŞ-nin zəif və bacarıqsız ordusu bu məcburi müharibədə İran İslam Respublikasının silahlı qüvvələrinin ilahi iradəsi qarşısında üstün qüvvə deyil.
Bu qürurverici və qalib əməliyyatdan sonra ABŞ prezidenti çaşqın vəziyyətdə hərəkət edərək və yalana əl ataraq psixoloji müharibə vasitəsilə məğlubiyyətdən yayınmağa çalışır və əvvəlki kimi demoqogiya və saxtakarlıqla məşğul olur, halbuki döyüş meydanındakı real vəziyyət İran İslam Respublikasının güclü silahlı qüvvələrinin üstünlüyünü açıq şəkildə göstərir”, - deyə “Pars Today” yazır.
Sevinc Əliyeva
Ordu.az