SAXAL Livanda döyüş əməliyyatlarının başlanmasından etibarən 90 terrorçunun öldürüldüyünü açıqlayıb

2024/11/1730532847.jpg
Oxunub: 533     14:50     05 Aprel 2026    
Livannın cənubunda İsrail və “Hizbullah” hərəkatı arasında döyüş əməliyyatlarının yenidən başlanmasından etibarən 90 terrorçu məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusu (SAXAL) bildirib.

SAXAL həmçinin bildirib ki, son 24 saat ərzində “Hizbullah”ın iki döyüşçüsünü öldürüb, hava qüvvələri isə gecə ərzində hərəkatın infrastrukturunun bir hissəsini məhv edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisinə hücumlar həyata keçirir ki, bu da dağıntılara və insan tələfatına səbəb olub. Cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirir. İsrail və ABŞ hücumları nəticəsində İranın ali dini lideri ayətullah Əli Seyid Xameneyi və ölkənin digər yüksək vəzifəli şəxsləri də öldürülüb.

Martın 2-də “Hizbullah” hərəkatı da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkat əleyhinə hücum əməliyyatı başlatdığını elan edib və Cənubi Livana daxil olub.

Martın 23-də ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, İranla danışıqlar bir həftə davam edəcək, əlavə edərək ki, hərbi zərbələr 5 gün təxirə salınıb. Lakin İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAXAL   Livan  


Bizi "telegram"da izləyin