“Reuters”: ABŞ pilotun xilasetmə əməliyyatı zamanı İranın ciddi müqaviməti ilə üzləşib

2026/03/1772734481.jpg
Oxunub: 532     14:46     05 Aprel 2026    
İran ərazisində hərbi təyyarənin qəzaya uğramasından sonra ABŞ-nin xilasetmə əməliyyatı İran qüvvələrinin ciddi müqaviməti şəraitində həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, əməliyyata onlarla hərbi təyyarə cəlb olunub, lakin ekipajın təxliyəsi cəhdləri İranın şiddətli müqaviməti ilə qarşılaşıb.

“Xüsusilə, amerikalı qüvvələr atəşə tutulub ki, bu da missiyanın həyata keçirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirib. Buna baxmayaraq, xilasetmə əməliyyatı aviasiya və xüsusi təyinatlı bölmələrin iştirakı ilə davam etdirilib”, - deyə agentliyin həmsöhbəti bildirib.

Daha əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu Vaşinqtonun ABŞ xüsusi təyinatlı qüvvələrinin amerikalı pilotu xilas etməsi ilə bağlı bəyanatlarını təkzib etmişdi.

Bundan əvvəl isə ABŞ prezidenti İran üzərində vurulan F-15 qırıcı təyyarəsinin pilotunun “düşmən dağlarında” xilas edildiyini bildirmişdi.

“Axios”a danışan amerikalı rəsmilərin sözlərinə görə, əməliyyat Mərkəzi Kəşfiyyat İdarəsi və komando dəstəsinin iştirakı ilə həyata keçirilib.

Bildirilirdi ki, əməliyyatın bütün iştirakçıları, o cümlədən pilot hazırda İran sərhədlərindən kənardadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin