Ordu.az xəbər verir ki, bunu “Al Jazeera” telekanalına müsahibəsində İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
“Qonşu ölkələr və islam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi İslam Respublikası üçün həmişə prioritet olub. İran region üçün təhlükə deyil və daim qonşularına və digər müsəlman xalqlarına dostluq və qardaşlıq əlini uzadır”, - deyə o bildirib.
Qalibaf İranın müsəlman qardaşlığı və birliyi prinsiplərinə sadiqliyinin nümunəsi kimi 2023-cü il mart ayında Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında imzalanmış barışıq sazişini, həmçinin 2025-ci il aprel ayında İranın ali dini lideri ayətullah Seyid Əli Xameneyi ilə Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əl Səud arasında keçirilmiş görüşü qeyd edib.
O həmçinin bildirib ki, İrana qarşı davam edən ABŞ-İsrail müharibəsi “qlobal təkəbbürə qarşı duran və azadlıqla müstəqilliyə can atanların dözümlülüyünün simvoluna çevrilib”.
“Bu müharibə yalnız İrana qarşı deyil, həm də regionun təhlükəsizliyinə, islam birliyi və qardaşlığı ideyasına qarşı ABŞ və “sionist rejim” tərəfindən aparılır”, - deyə İran parlamentinin sədri əlavə edib.
Sevinc Əliyeva
Ordu.az