Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Bəhreyn xəbər agentliyinin yaydığı açıqlamaya görə, hücum nəticəsində zərər görən bölmələrdə yanğınlar baş verib.
“Bütün yanğınlar tam söndürülüb və vəziyyət hazırda nəzarət altındadır. Tələfat barədə məlumat yoxdur”, - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, “hadisə yerində zərərin qiymətləndirilməsi qrupları işləyir və nəticələrin tam miqyasını müəyyənləşdirirlər”.
Bundan əvvəl Bəhreynin “Bapco Energies” şirkəti də İran pilotsuz uçuş aparatının hücumu nəticəsində anbarlarından birində yanğın baş verdiyini təsdiqləmişdi.
Sevinc Əliyeva
Ordu.az