Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Əraqçi şənbə axşamı misirli həmkarı Bədr Abdelati ilə telefon danışığı aparıb. Tərəflər ABŞ-nin və İsrailin İrana qarşı hərbi aqressiyasını, həmçinin bunun regional və beynəlxalq nəticələrini müzakirə ediblər.
Telefon danışığı zamanı Əraqçi ABŞ və İsrail tərəfindən həyata keçirilən “misli görünməmiş hərbi cinayətlər” barədə məlumat verib. Bunlara İranın sənaye infrastrukturuna, dinc nüvə energetikası obyektlərinə və mülki hədəflərə, o cümlədən yaşayış məhəllələrinə endirilən zərbələr daxildir.
O vurğulayıb ki, bütün ölkələr, xüsusilə regionda yerləşən dövlətlər sülhün və sabitliyin qorunmasına görə məsuliyyət daşıyır və hücum edən tərəflərə hər hansı formada yardım göstərməkdən çəkinməlidirlər. İranın xarici işlər naziri xəbərdarlıq edib ki, bu cür hərəkətlər ciddi humanitar və ekoloji nəticələrə səbəb ola bilər və beynəlxalq hüququn açıq şəkildə pozulmasına qarşı beynəlxalq ictimaiyyətin qəti reaksiyası zəruridir.
Abdelati isə öz növbəsində diplomatik səylərin davam etdirilməsinin və münaqişənin dayandırılmasına töhfə verə biləcək mövcud imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az