İranın enerji sektoruna dəyən ziyan açıqlanıb

2026/03/1774945661.jpg
Oxunub: 508     13:25     05 Aprel 2026    
28 fevraldan bəri ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranın enerji sektoruna 250 trilyon rialdan çox (təxminən 191 milyon dollar) dəyərdə ziyan dəyib.

Ordu.az-ın məlumatına görə, bunu İranın energetika nazirinin müavini və TAVANIR Şirkətinin icra direktoru Mustafa Rəcəbi Məşhədi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ və İsrailin İranın elektrik sektorunda hərbi hava hücumlarında 1,9 min hadisə qeydə alınıb. Bu hadisələrin ciddi nəticələri elektrik sektoru əməkdaşları tərəfindən aradan qaldırılıb.

Rəcəbi Məşhədi bildirib ki, əsasən Tehran vilayətinə dəyən ziyanlar maksimum şəkildə 1 saat ərzində elektrik verilişində məhdudiyyətin yaranması ilə nəticələnib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin