Ordu.az xəbər verir ki, şirkət başda Türkiyə Silahlı Qüvvələri olmaqla beynəlxalq iş tərəfdaşlarına səmərəli və yerli məhsullar təqdim edərək sektora və ölkəyə töhfə verməyə davam edir.
Bu təhvillərdən biri də Pakistana edilib.
MKE-nin istehsal etdiyi əsas 5.56×45 mm patron tipləri arasında M193 tipi (ball/light ball), SS109/M855 tipi (Normal/Ball) yer alır. Giliz materialı bürüncdən hazırlanır. Kapsul isə “boxer” tipli mərkəzi alışdırmalıdır və etibarlı atəşlənmə təmin edir.
Bu patronlar “non-corrosive”, yəni korroziya yaratmayan xüsusiyyətə malikdir və həm Türkiyə Silahlı Qüvvələrinin MPT-55 kimi 5.56 mm silahları, həm də ixrac olunan silahlarla uyğundur.
MKE-nin təqdim etdiyi məlumata görə, bu həftə həyata keçirilən təhvillər belə olub:
“Son bir həftə ərzində müxtəlif sayda və çapda
Quru Qoşunları Komandanlığına 5.56 mm patron, 7.62 mm patron, 81 mm minaatan sursatı, 122 mm qısa mənzilli yaylım atəşli reaktiv sistem raketi, əl qumbarası, MKE MOD 135 yaxınlaşma başlığı,
FNSS-ə Platform Pulemyotu PMT-76,
İxracatda isə
Pakistana 5.56 mm kapsul təhvilləri uğurla həyata keçirildi”.
İraq, Somali və Liviyadan gələn hərbi və rəsmi heyətlər MKE-ni ziyarət edib. Keçirilən görüşlərdə şirkətin istehsal imkanları və məhsul portfeli barədə məlumat paylaşılarkən, potensial əməkdaşlıq, ortaq istehsal və tədarük proseslərinə dair qarşılıqlı qiymətləndirmələr aparılıb.
MKE Beynəlxalq Sıfır Tullantı Günü çərçivəsində geri dönüşüm fəaliyyəti ilə müdafiə sənayesində davamlı istehsala verdiyi töhfəni ictimaiyyətlə bölüşüb. Tərkibində 89 ildir fəaliyyət göstərən 3 Geri Dönüş Müəssisəsi vasitəsilə keyfiyyətli tullantıları yenidən dəyərləndirərək istehsal proseslərinə qazandıran MKE ətraf mühit resurslarının qorunmasına mühüm dəstək verir.
Bu çərçivədə MKE 2025-ci il ərzində təxminən 420 min ton təbii filiz istifadəsinin qarşısını alıb, 1,4 milyard kVt/saat enerji qənaəti təmin edib və 489 min ton karbon emissiyasının qarşısını alıb. Bu işlərlə təbii resursların qorunmasına və davamlı müdafiə sənayesi hədəflərinə töhfə verilib.
MKE Latın Amerikanın ən mühüm müdafiə, aviasiya və kosmos sərgilərindən biri olan FIDAE 2026-da iştirak edəcək. 2026-cı il aprelin 7-dən 12-dək keçiriləcək sərgidə MKE qabaqcıl texnologiyalı müdafiə sənayesi məhsullarını və mühəndislik imkanlarını beynəlxalq iştirakçılarla görüşdürəcək.
“Heritage İstanbul 2026” çərçivəsində MKE hərbi tarix irsini və müdafiə sənayesindəki texnoloji təcrübəsini beynəlxalq ziyarətçilərlə görüşdürüb.
Aprelin 1-dən 4-dək keçirilən sərgidə MKE Milli Mübarizə dövrünə aid nadir əsərləri özündə birləşdirən “İmalat-ı Harbiye” Muzeyinin kolleksiyasını və qabaqcıl texnologiyalı müdafiə sənayesi məhsullarını ziyarətçilərin diqqətinə təqdim edib.
Bu çərçivədə kökləri 1453-cü ilə uzanan MKE-nin tarixi təcrübəsi, bu gün çatdığı istehsal səriştəsi və gələcəyə yönəlmiş baxışı ziyarətçilərə çatdırılıb.
Sevinc Əliyeva
Ordu.az