Ordu.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Bu rəqəmə son sutkada itirilən 1180 hərbçi də daxildir.
Məlumata görə, Rusiya həmçinin 11 839 tank, 24 350 zirehli döyüş texnikası, 87 355 avtomobil və yanacaq daşıyan vasitə, 39 439 artilleriya sistemi, 1 719 yaylım atəşli reaktiv sistem, 1 338 hava hücumundan müdafiə sistemi, 435 təyyarə, 350 helikopter, 219 443 pilotsuz uçuş aparatı, 33 gəmi və kater, eləcə də 2 sualtı qayıq itirib.
Ukraynanın Baş Qərargahı əməliyyat təhlükəsizliyinə görə öz itkiləri barədə məlumat açıqlamır.
Ukrayna rəsmiləri nadir hallarda konkret rəqəmlər açıqlasa da, prezident Volodimir Zelenski fevralın 4-də “France TV”yə müsahibəsində bildirib ki, genişmiqyaslı müharibənin başlanmasından bəri azı 55 000 ukraynalı hərbçi həlak olub, bundan əlavə çox sayda hərbçi itkin düşmüş hesab olunur.
Rusiyanın pilotsuz uçuş aparatlarından intensiv istifadə etməsi və döyüşlərin şiddəti Ukraynanın həlak olmuş əsgərlərin cəsədlərini toplamasını çətinləşdirir, halbuki bu, DNT ilə identifikasiya üçün vacibdir.
Müstəqil Qərb analitik mərkəzlərinin hesabatları da Rusiyanın itkilərinin Ukraynanın itkilərini xeyli üstələdiyini göstərir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) qiymətləndirməsinə görə, bu nisbət təxminən “2,5:1 və ya 2:1” səviyyəsindədir.
2026-cı ilin yanvar hesabatına əsasən, Ukraynanın 2022-ci ilin fevralından 2025-ci ilin dekabrınadək 500 000-600 000 arası itki verdiyi, bunlardan 100 000-140 000-nin döyüşlərdə həlak olduğu ehtimal edilir.
Sevinc Əliyeva
Ordu.az