Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd edilib ki, aprelin 5-nə keçən gecə ruslar Ukraynaya “Şahed”, “Gerbera”, “İtalmas” və digər tipli 93 hücum pilotsuz uçuş aparatı ilə hücum edib.
“Pilotsuz uçuş aparatları Rusiyanın Bryansk, Kursk, Oryol, Millerovo, Primorsko-Axtarsk şəhərlərindən, eləcə də işğal olunmuş Krımdakı Qvardeyskoye məntəqəsindən buraxılıb. Buraxılan pilotsuz uçuş aparatlarının təxminən 60-ı “Şahed” olub.
Hava hücumu aviasiya, zenit-raket qoşunları, radioelektron mübarizə və pilotsuz sistem bölmələri, eləcə də Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib.
Saat 08:00-a olan məlumata görə, ölkənin şimalında, cənubunda və şərqində hava hücumundan müdafiə qüvvələri “Şahed”, “Gerbera”, “İtalmas” və digər tipli 76 düşmən pilotsuz uçuş aparatını vurub və ya zərərsizləşdirib. 17 hücum pilotsuz uçuş aparatının 10 məkana zərbə endirdiyi, həmçinin vurulan aparatların qalıqlarının 3 məkana düşdüyü qeydə alınıb”, - deyə məlumatda bildirilib.
Vurğulanıb ki, ötən gün ərzində ruslar daha 1180 hərbçisini, 61 artilleriya sistemini və 2427 operativ-taktiki səviyyəli pilotsuz uçuş aparatını itirib.
Sevinc Əliyeva
Ordu.az