Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında qeyd olunub.
Bildirilib ki, ötən gün cəbhə xəttində 149 döyüş toqquşması qeydə alınıb. Düşmən 91 hava zərbəsi endirib və 275 idarəolunan aviasiya bombası atıb.
“Rusiya işğalçıları həmçinin 9678 kamikadze pilotsuz uçuş aparatından istifadə edib və yaşayış məntəqələrinə, eləcə də Ukrayna qoşunlarının mövqelərinə 3913 atəş zərbəsi endirib, onlardan 114-ü çoxsaylı yaylım atəşi raket sistemlərindən həyata keçirilib.
Düşmən xüsusilə Dnepropetrovsk vilayətindəki İvanivka, Dobropasove, Levadne, Vışneve, Lisne, Velykomıxaylivka, Oleksandrivka, Pokrovske, Zaporojye vilayətindəki Verxnya Tersa, Vozdvıjenska, Novoselivka, Rıbalske, Lyubıtske ərazilərinə hava zərbələri endirib.
Aviasiya, raket qüvvələri və Müdafiə Qüvvələrinin artilleriyası düşmənin bir komanda məntəqəsini və şəxsi heyətin cəmləşdiyi iki rayonu vurub.
Şimali Slobojanski və Kursk istiqamətlərində düşmən dünən Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə 105 dəfə atəş açıb, onlardan yeddisi çoxsaylı yaylım atəşi raket sistemlərindən olub.
Cənubi Slobojanski istiqamətində düşmən Volçansk, Oxrimivka, Ambarne rayonlarında və Boçkovo yaşayış məntəqəsi istiqamətində bölmələrimizin mövqelərinə yeddi dəfə hücum edib”, - deyə məlumatda bildirilib.
Açıqlamada qeyd edilib ki, Kupyansk istiqamətində təcavüzkar Kurılivka, Pişçane, Kivşarivka, Novoplatonivka, Borivska Andriivka və Novoosinove rayonlarında doqquz dəfə hücum edib.
“Lıman istiqamətində ukraynalı hərbçilər işğalçıların Lıman yaşayış məntəqəsi istiqamətində irəliləmək cəhdinin birinin qarşısını alıb.
Slovyansk istiqamətində ötən gün ərzində Ukrayna müdafiəçiləri işğalçıların Ray-Oleksandrivka, Platonivka və Yampil rayonlarında irəliləmək üçün üç cəhdinin qarşısını alıb.
Kramatorsk istiqamətində işğalçılar dünən hücum əməliyyatları aparmayıb.
Kostyantınivka istiqamətində düşmən Kostyantınivka, Pleşçiyivka, İllinivka, Stepanivka, Novopavlivka, Dovha Balka və Sofiivka yaxınlığında 29 hücum həyata keçirib.
Pokrovsk istiqamətində Ukrayna müdafiəçiləri təcavüzkarın Bılitske, Rodınske, Pokrovsk, Udaçne, Hrışıne, Mırnoqrad, Novomıkolayivka rayonlarında və Novıy Donbas istiqamətində 26 hücum əməliyyatının qarşısını alıb.
Oleksandrivka istiqamətində düşmən Oleksandroqorod, Siçneve və Verbove rayonlarında doqquz dəfə hücum edib. Hulyaypole istiqamətində işğalçılar Varvarivka, Zalizniçne, Hulyaypilske, Prılukı, Olenokostyantınivka və Mırnı rayonlarında 11 hücum həyata keçirib.
Orixiv istiqamətində düşmən dünən Stepove yaşayış məntəqəsi ərazisində üç dəfə irəliləməyə cəhd edib. Dnipro istiqamətində Ukrayna bölmələri Bilohrudıy adası və Antonivski körpüsü yaxınlığında düşmənin altı hücumunun qarşısını alıb.
Volın və Polissya istiqamətlərində düşmənin hücum qruplarının formalaşması əlamətləri aşkarlanmayıb. Ötən gün Rusiya işğalçılarının itkiləri 1180 nəfər olub. Düşmən həmçinin dörd tank, altı zirehli döyüş maşını, 61 artilleriya sistemi, üç çoxsaylı yaylım atəşi raket sistemi, 2427 pilotsuz uçuş aparatı, 206 ədəd avtomobil texnikası və üç ədəd xüsusi texnika itirib”, - deyə məlumatda vurğulanıb.
Qeyd edilib kİ, aprelin 5-nə keçən gecə ruslar Ukraynaya 93 kamikadze pilotsuz uçuş aparatı ilə hücum edib. Kamikadze pilotsuz uçuş aparatlarının 17 dəqiq zərbəsi və onların qalıqlarının üç müxtəlif məkana düşməsi qeydə alınıb.
Sevinc Əliyeva
Ordu.az