Tramp İranda vurulan F-15E təyyarəsinin ikinci pilotunun xilas edilməsini təsdiqləyib

2026/03/1774282541.jpg
Oxunub: 516     08:52     05 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp İran səmasında Amerikanın F-15E qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsini təsdiqləyib.

Ordu.az-ın məlumatına görə, o, bu barədə "Truth Social"da bildirib.

"Biz ona çatdıq! Mən sizə onun sağ və sağlam olduğunu bildirməkdən çox məmnunam", - Tramp yazıb.

Onun sözlərinə görə, ABŞ hərbçiləri pilotu təxliyə etmək üçün ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirib. "Yaralandı, amma hər şey yaxşı olacaq", - ABŞ Prezidenti əlavə edib.

Daha əvvəl "Axios" portalı pilotun təyyarə qəzasından bir neçə saat sonra xilas edildiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   F-15E  


Bizi "telegram"da izləyin