Ordu.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu yəhudi şabbatının başa çatmasından sonra yayımlanan videomüraciətində bildirib.
“Onların bizə qarşı istifadə olunan silahların xammalı kimi istifadə edilən polad istehsal imkanlarının 70 faizini məhv etdikdən sonra bu gün onların neft-kimya zavodlarına zərbələr endirdik”, - deyə o bildirib.
“Bu iki amil onların bizim və bütün dünyanın əleyhinə apardıqları terror müharibəsini maliyyələşdirən pul mexanizmidir. Mən söz verdiyim kimi, onlara zərbələr endirməyə davam edəcəyik”, - deyə Netanyahu əlavə edib.
Sevinc Əliyeva
Ordu.az