İsrail bildirib ki, həftəsonu İran və Livanda yüzlərlə hədəfə zərbələr endirib

2026/03/1774945661.jpg
Oxunub: 520     22:36     04 Aprel 2026    
İsrail Hərbi Hava Qüvvələri, İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatlarına əsaslanaraq, həftəsonu İranın müxtəlif bölgələrində 200-dən çox obyektə, eləcə də Livan boyunca “Hizbullah”ın infrastruktur obyektlərinə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun (SAXAL) bəyanatında qeyd olunub.

SAXAL-ın iddialarına görə, zərbələr İslam İnqilabı Keşikçiləri Korpusunun mərkəzi obyektinə endirilib. Burada müxtəlif silahlar, o cümlədən ballistik raket buraxılış qurğuları, təyyarələri məhv etmək üçün nəzərdə tutulmuş ballistik raketlərin istehsalı, saxlanması və işlənməsi obyektləri, həmçinin hava hücumundan müdafiə sistemləri yerləşirdi.

SAXAL həmçinin bildirib ki, həftəsonu Livanda “Hizbullah”ın 140-dan çox hədəfinə zərbələr endirib.

Məlumata görə, bütün Livan ərazisində “Radvan” qüvvələrinin qərargahı və “Hizbullah”ın silah anbarları hədəfə alınıb.

Həmçinin qeyd olunub ki, zərbələr nəticəsində “Hizbullah”ın 35-dən çox üzvü həlak olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Livan  


Bizi "telegram"da izləyin