Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi ötən il həyata keçirilən strateji fəaliyyətləri, müdafiə sənayesi layihələrində son vəziyyəti və Türkiyə Silahlı Qüvvələrinin operativ qabiliyyətlərini ətraflı şəkildə təqdim edən 2025-ci il Fəaliyyət Hesabatını ictimaiyyətlə bölüşüb.
Yayımlanan fəaliyyət hesabatına görə, Kayseridə yerləşən 2-ci Hava Baxım Zavodu Müdirliyində tamamilə türk mühəndisləri tərəfindən layihələndirilərək istehsal olunan ilk yerli təyyarə dartıcı vasitə RAHVAN-ın 2025-ci il dekabrın 15-də Hərbi Hava Qüvvələri Komandanlığına müxtəlif sayda təhvil verildiyi bildirilib.
Türkiyə Milli Müdafiə Nazirliyi layihənin hazırkı vəziyyəti ilə bağlı hesabatda qeyd edib:
“Layihənin məqsədi təyyarə dartma fəaliyyətlərində istifadə olunmaq üçün 2-ci Hava Baxım Zavodu Müdirliyinin imkan və qabiliyyətləri ilə təyyarə dartıcı vasitəsinin istehsal edilməsidir. Həyata keçirilən layihə ilə yerli təyyarə dartıcısı istehsal qabiliyyəti qazanılıb, sistemin istifadə, istismar və dəstəklənə bilmə fəaliyyətlərində səmərəlilik artırılmış və milli büdcəyə töhfə verilib”.
RAHVAN təyyarə dartıcısı
RAHVAN 60.000 kq (133.000 funt) dartma qabiliyyətinə malikdir, T-41-dən C-130-a qədər geniş təyyarə qrupuna xidmət göstərəcək şəkildə hazırlanıb və arxa görüntü kamerası, kondisioner kimi müasir texnologiyanın son yeniliklərini özündə birləşdirir.
İqtisadi dayanıqlılığa malik, geniş istifadə oluna bilən ehtiyat hissələrinə sahib, yerli materiallardan ibarət, istifadəsi asan və standart quruluş təmin edən, beynəlxalq standartlara uyğun, sürətlə işlək vəziyyətə qaytarılan və dartıcı traktor ehtiyaclarını qarşılayan “Rahvan” akkumulyatorlu təyyarə dartıcısı yeni layihə kimi milli imkanlar daxilində 2-ci AMFD tərəfindən 2010-cu ildə başladılıb. 2014-cü ildə prototip istehsalından sonra seriyalı istehsala başlanıb.
2-ci HBF Müdirliyi tərəfindən istismar və istifadə baxımından iqtisadi, ehtiyat hissələri geniş yayılmış, beynəlxalq standartlara uyğun, yerli istehsal təyyarə dartıcı vasitə hazırlanır. Hazırda 89 ədəd vasitə istehsal edilərək istifadəyə verilib, digər 1 ədəd vasitənin istehsalı isə 47 ədədlik ikinci partiya istehsalına yönəlmiş layihələndirmə və prototip məqsədilə istifadə olunur.
Uzunluq: 4000 mm
En: 2400 mm
Sürət: 32 km/saat
Çəki: 5250 kq
RAHVAN-ın texniki xüsusiyyətləri belədir:
Mühərrik olaraq TÜMOSAN 4DT39 tipli turbo-dizel mühərrik istifadə olunur. Gücü 2500 dövr/dəqiqədə 95 at gücüdür. Maksimal fırlanma anı isə 1500 dövr/dəqiqədə 370 Nm təşkil edir.
Transmissiya sistemi tam avtomatik “Powershift” tipindədir. Əyləc sistemi 5 lövhəli yağ vannalı quruluşa malikdir. Sükan sistemi müstəqil hidravlik nasosla işləyən hidravlikdir.
Çəkiş sistemi 4x4 (tam ötürücü) quruluşundadır. Manevr qabiliyyəti 4 təkərdən idarəetmə (4 WS) sistemi ilə təmin olunur və dönmə radiusu 4400 mm-dir.
Maşının hündürlüyü 2650 mm-dir, sayrışan işıq olmadan isə 2350 mm təşkil edir. Yerdən hündürlüyü 330 mm-dir.
Yaxınlaşma bucağı 41°, uzaqlaşma bucağı isə 28°-dir.
Şəxsi heyət tutumu 2+4 nəfərdir.
Sevinc Əliyeva
Ordu.az