Ordu.az xəbər verir ki, Türkiyə MMN ötən il həyata keçirilən strateji fəaliyyətləri, müdafiə sənayesi layihələrində son vəziyyəti və Türkiyə Silahlı Qüvvələrinin operativ qabiliyyətlərini ətraflı şəkildə təqdim edən 2025-ci il Fəaliyyət Hesabatını ictimaiyyətlə bölüşüb.
Yayımlanan fəaliyyət hesabatına görə, Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan F-16 döyüş təyyarələrinin seriyalı modernləşdirilməsi prosesinə dair təfərrüatlar dəqiqləşib.
Hesabatda qeyd olunub ki, qalan təyyarələrin modernləşdirilməsinin 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır. Bu çərçivədə “F-16 Struktur Təkmilləşdirməsi və ÖZGÜR Seriyalı Modernləşdirmə Layihəsi” üzrə mühüm mərhələyə gəlinib. Layihənin hazırkı vəziyyəti ilə bağlı hesabatda belə deyilir:
“Hərbi Hava Qüvvələri Komandanlığının inventarında olan F-16 təyyarələrinin seriyalı modernləşdirilməsinin tətbiqi davam etdirilir. Müxtəlif sayda təyyarənin modernləşdirilməsi tamamlanıb, qalan təyyarələrin modernləşdirilməsi fəaliyyətlərinin isə 2026-cı ilin sonu etibarilə tamamlanması planlaşdırılır”.
ÖZGÜR modernləşdirmə prosesi
Hesabatda da bəhs edilən modernləşdirmə prosesi müdafiə sənayesinin yerli məhsullarla tam müstəqilliyi hədəflədiyi ÖZGÜR layihəsi ilə konkret məzmun qazanmağa başlamışdı. Türkiyə inventarında olan F-16-ları yerli və milli sistemlərlə təchiz etmək məqsədilə 2009-cu ildə TUSAŞ ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi arasında imzalanmış müqavilə çərçivəsində ilk strateji addımı atmışdı. Bu çərçivədə, Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan, xüsusilə F-16 “Block 30” döyüş təyyarələrinin modernləşdirilməsi zamanı
IFF Sistemi,
Milli Missiya Kompüteri,
Rəngli Çoxfunksiyalı Göstərici və s. avionik sistemlər ilə təchiz edilir.
Layihə çərçivəsində ASELSAN tərəfindən hazırlanmış MURAD AESA Radarı da inteqrasiya edilib. Bu mövzuda ən aktual inkişaf bir neçə gün əvvəl yayımlanan TÜBİTAK-ın 2025-ci il Fəaliyyət Hesabatında yer alıb. Hesabatda F-16 ÖZGÜR təyyarəsindən ilk dəfə AESA burun radarı məlumat bağlantısı ilə nişanalma həyata keçirilərək hava hədəfinə qarşı GÖKDOĞAN raketinin uğurla buraxıldığı açıqlanmışdı.
Bundan əlavə, TUSAŞ tərəfindən həyata keçirilən fəaliyyətlər çərçivəsində F-16 “Block 30” təyyarələrinin struktur təkmilləşdirmə işləri də davam edir. Həmin dövrdə Müdafiə Sənayesi İdarəsinin sədri professor doktor İsmayıl Demir tərəfindən paylaşılan məlumata görə, bu işlər nəticəsində hər təyyarə üzrə 1200-1500 ədəd struktur elementi yenilənir və ya əsaslı baxışdan keçirilir. Bununla yanaşı, zəruri nöqtələrdə həyata keçirilən təmir, dəyişdirmə və gövdənin gücləndirilməsi tədbirləri ilə F-16 döyüş təyyarələrimizin struktur istismar ömrü 8.000 saatdan 12.000 saata qaldırılır. Beləliklə, platformaların operativ istismar müddəti də əhəmiyyətli dərəcədə uzadılır.
Sevinc Əliyeva
Ordu.az