Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
“Hizbullah”ın bəyanatına görə, Livanın cənubunda yerləşən Qantara şəhər meydanında İsrail qoşunları raket atəşinə tutulub, həmçinin Kfar-Yuval kəndində əsgərlərin və nəqliyyat vasitələrinin toplandığı ərazilər də atəşə məruz qalıb.
Hərəkat qeyd edib ki, İsrail qoşunlarının mövqeləri Hiyam şəhərində də artilleriya atəşinə tutulub.
“Hizbullah” digər bəyanatlarında “Şraga” bazasına, Akko şəhərinin şimalında yerləşən və “Qolani” briqadasının inzibati qərargahı sayılan obyektə pilotsuz uçuş aparatları buraxdığını, həmçinin işğal altındakı Kfarşuba təpələrində yerləşən “əl-Samaka” hərbi obyektinin yaxınlığında İsrail qoşunlarını hədəfə aldığını bildirib.
Sevinc Əliyeva
Ordu.az