“Axios”: ABŞ hərbi rəsmiləri Heqsetin yüksək rütbəli generalları vəzifədən azad etməsini “dəli addım” hesab edir

2026/03/1773409534.jpg
Oxunub: 548     21:23     04 Aprel 2026    
ABŞ hərbi rəsmiləri ABŞ-nin müharibə naziri Pit Heqsetin ABŞ ordusunun Baş Qərargah rəisi Rendi Corc və ordunun daha iki yüksək rütbəli generalını vəzifədən azad etməsindən şoka düşüblər və bu qərarı “dəli addım” kimi qiymətləndiriblər.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” yazıb.

Heqset tərkibində quru qoşunlarının əsas bölmə olduğu ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdə qüvvələrini gücləndirdiyi və eyni zamanda İrana qarşı əməliyyatlar həyata keçirdiyi bir vaxtda Corcun vəzifədən azad edilməsinin səbəbini açıqlamayıb.

Nəşrin sitat gətirdiyi iki rəsmi bildirib ki, Corcun vəzifədən azad edilməsi “şəxslərarası toqquşma” səbəbindən baş verib.

“Axios”un məlumatına görə, Corcun istefası Müharibə Nazirliyinin rəsmiləri arasında narahatlıq yaradıb, eyni zamanda ordunun təlim və transformasiya komandanlığının rəhbəri general Devid Hodni və ordunun kapellanlar korpusunun rəhbəri general-mayor Uilyam Qrinin vəzifədən azad olunması da bu narahatlığı artırıb.

“Bu, dəli addımdır”, - deyə bir rəsmi müharibə zamanı yüksək rütbəli generalların vəzifədən azad edilməsi ilə bağlı Heqsetin qərhini şərh edib.

“Bu, mənə çox güclü və ya özünə inamlı qərar kimi görünmür. Qarşımızda dördulduzlu general var ki, aktiv şəkildə hərbi əməliyyatlar teatrına texnika və şəxsi heyət çatdırmaq üçün çalışır ki, ABŞ Silahlı Qüvvələrini qorusun, siz isə onu vəzifədən azad edirsiniz? Müharibənin ən qızğın vaxtında?”, - deyə başqa bir rəsmi “Axios”a bildirib və quru qoşunlarının keçmiş komandanı Corcu nəzərdə tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Heqset  


Bizi "telegram"da izləyin