Çin XİN Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsində ABŞ və İsraili günahlandırıb

2026/04/1775321738.jpg
Oxunub: 542     20:53     04 Aprel 2026    
Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin aprelin 2-də keçirdiyi brifinqdə Hörmüz boğazında gəmiçilik ətrafında vəziyyətin gərginləşməsində ABŞ və İsraili günahlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Mao Nin bildirib: “Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması problemi İran əleyhinə ABŞ və İsrailin qanunsuz hərbi əməliyyatlarından qaynaqlanır. Yalnız atəşkəs və hərbi əməliyyatların dayandırılması, Fars körfəzi regionunda sülh və sabitliyin bərqərar edilməsi beynəlxalq dəniz yollarında tam təhlükəsizliyi və fasiləsiz hərəkəti təmin edə bilər.

Münaqişənin bütün tərəfləri vəziyyətin sabitləşdirilməsi və regionun sabitsizləşməsinin qlobal iqtisadiyyata və enerji təhlükəsizliyinə genişmiqyaslı təsirinin qarşısının alınması üçün birgə səylər göstərməlidir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin