CNN: İranın kasetli sursatının qalığı Təl-Əvivdə hərbi qərargah yaxınlığına düşüb

2026/03/1774616583.jpg
Oxunub: 533     20:45     04 Aprel 2026    
Şənbə günü İsrailə qarşı buraxılmış İranın kasetli sursatının qalığı Təl-Əvivdə hərbi qərargahın yaxınlığına düşüb.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı İsrail təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, suratın qalığı İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mərkəzi qərargahı və müdafiə nazirliyinin bazasının yerləşdiyi “Kiriya” kompleksindən uzaq olmayan əraziyə düşüb.

Hərbi mərkəzdə dağıntılar barədə məlumat daxil olmayıb.

Mənbənin sözlərinə görə, Təl-Əvivdə yaxınlıqda yerləşən məktəb binası zərbə nəticəsində cüzi zədələnib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Təl-Əviv  


Bizi "telegram"da izləyin