ABŞ-nin üç təyyarəsi İranın yeni hava hücumundan müdafiə sistemi tərəfindən vurulub

2026/04/thumb-1775246401.jpg
Oxunub: 678     20:09     04 Aprel 2026    
İranın yeni hava hücumundan müdafiə sistemi aprelin 3-də ABŞ və İsrailin üç təyyarəsini və iki helikopterini vurub.

Ordu.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bugünkü bəyanatında deyilir.

Məlumata görə, F-35 qırıcısı, iki A-10 təyyarəsi və daha iki "Black Hawk" helikopteri vurulub. SEPAH həmçinin vahid inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin tətbiq edildiyini bildirib.

Daha əvvəl İran hərbçiləri F-35 qırıcısının məhv edildiyini və pilotunun saxlanıldığını bildiriblər. Amerika nəşri "Axios" hadisənin başvermə şəraiti ilə tanış mənbəyə istinadən yazıb ki, söhbət iki nəfərlik "F-15E Strike Eagle"dən gedə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin