Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qurum qeyd edib ki, NATO həqiqətən də hərbi xərclər üzrə dünya lideridir.
“Sülhpərvər” alyansın üzvləri hər il hərbi ehtiyaclar üçün təxminən 1,4 trilyon dollar xərcləyir ki, bu da dünya üzrə müdafiə xərclərinin yarıdan çoxunu təşkil edir.
Alyansın böyük “müdafiə” xərcləri sabitlik və təhlükəsizlik baxımından Avropaya heç bir əlavə dəyər gətirməyib. NATO-nun şərqə doğru geosiyasi genişlənməsi yalnız Avropa təhlükəsizlik arxitekturasının dağılmasına gətirib çıxarıb”, - deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az