ABŞ Dövlət Departamenti Qasım Süleymaninin bacısı qızı və nəvəsinin saxlanıldığını açıqlayıb

2026/03/1772608474.jpg
Oxunub: 751     19:28     04 Aprel 2026    
Ötən gün axşam İranın İslam İnqilabı Keşikçiləri Korpusunun öldürülmüş general-mayoru Qasım Süleymaninin bacısı qızı və nəvəsi dövlət agentləri tərəfindən saxlanılıb, bundan sonra dövlət katibi Marko Rubio onların qanuni daimi yaşayış (LPR) statusunu ləğv edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

“Hamidə Süleymani Əfşar və onun qızı hazırda ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin nəzarətindədir”.

Mətbuat məlumatlarına və onun sosial şəbəkələrdəki öz açıqlamalarına görə, Süleymani Əfşar İranın totalitar, terrorçu rejiminin qatı tərəfdarıdır”, - deyə Dövlət Departamenti bildirib.

Bildirilib ki, ABŞ-də yaşayarkən o, İran rejimini təbliğ edib, amerikalı əsgərlərə və Yaxın Şərqdə yerləşən hərbi obyektlərə qarşı hücumları qeyd edib, İranın yeni ali rəhbərini tərifləyib, Amerikanı “Böyük şeytan” adlandırıb və İslam İnqilabı Keşikçiləri Korpusuna sarsılmaz dəstəyini bəyan edib, bu qurum terror təşkilatı hesab olunur.

“Əfşar Süleymani bu təbliğatı İranın terrorçu rejiminin xeyrinə aparıb, eyni zamanda Los-Ancelesdə dəbdəbəli həyat sürüb, bu isə onun artıq silinmiş Instagram səhifəsindəki tez-tez paylaşımlarından görünür.

Hamidə Süleymaninin və onun qızının LPR statusunun ləğvi ilə yanaşı, Əfşarın ərinə də ABŞ-yə giriş qadağan edilib”, - deyə qurumun məlumatında bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Süleymani   ABŞ  


Bizi "telegram"da izləyin