Ordu.az xəbər verir ki, bu barədə Möhsən Rezai “X” sosial platformasında yazıb.
“Onlar deyirdilər ki, İranın hava hücumundan müdafiəsini məhv ediblər. Həmişə olduğu kimi, yalan danışdılar. Bəlkə də elə Trampın özü istefa versəydi yaxşı olardı, hərbi komandanlıq yox. Biz illərlə bu döyüşə hazırlaşmışıq və sürprizlər davam edir...”, - deyə Rezai qeyd edib.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ müdafiə naziri Pit Heqset Pentaqonda yüksək vəzifə tutan bir sıra generalları vəzifədən azad edib.
“The New York Post” qəzeti bu səs-küylü vəzifədən uzaqlaşdırmaları Heqsetin “paranoyası” ilə əlaqələndirib, çünki Heqsetin öz vəzifəsini itirməkdən qorxduğu bildirilir.
Sevinc Əliyeva
Ordu.az