Ordu.az xəbər verir ki, bu barədə Kremlin jurnalist qrupunun müxbiri Aleksandr Yunaşevlə söhbətində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Bir sıra dövlət xadimləri artıq mayın 9-da Rusiyaya gəlmək istəklərini bildiriblər. Biz öz tərəfimizdən onları qəbul etməyə hazır olduğumuzu təsdiqləmişik”, - deyə Uşakov bildirib.
Onun sözlərinə görə, qonaqların adları hələlik gizli saxlanılır, lakin artıq dəqiqdir ki, həmin gün Rusiya prezidenti “yalnız təntənəli tədbirlər deyil, həm də mühüm beynəlxalq təmaslar” keçirəcək.
Sevinc Əliyeva
Ordu.az