Ordu.az xəbər verir ki, bu barədə “Reuters” təhlükəsizlik xidməti və enerji sektoru üzrə mənbələrə istinadən məlumat yayıb.
Zərbə nəticəsində üç iraqlı fəhlə yaralanıb.
Hücum bundan az əvvəl başqa bir PUA-nın liman şəhəri Bəsrənin qərbində yerləşən anbar sahələrinə zərbə endirməsindən sonra baş verib.
Həmin sahələr xarici neft şirkətlərinə məxsusdur.
Neft yatağında çalışan iki iraqlı mühəndisin sözlərinə görə, PUA zərbələri İraqın nəhəng “Rumeyla” yatağının həmin hissəsində əməliyyatlara təsir göstərməyib, çünki hədəfdə avadanlıq anbarı olub.
Sevinc Əliyeva
Ordu.az