Ordu.az xəbər verir ki, bu barədə “Voyenni Osvedomitel” “Telegram” kanalı məlumat yayıb.
“İrana qarşı müharibədə ABŞ Hərbi Hava Qüvvələrinin rəsmi şəkildə, obyektiv nəzarət vasitələri ilə və ya KİV-lər əsasında təsdiqlənmiş məlum itkiləri ilə bağlı yenilənmiş məlumatlar:
İran HHM atəşi nəticəsində zədələnmiş 1 ədəd F-35 qırıcısı.
Küveyt Hərbi Hava Qüvvələrinin “dost atəşi” nəticəsində vurduğu 3 ədəd F-15E “Strike Eagle” qırıcısı.
İran HHM atəşi ilə vurulmuş 1 ədəd F-15E “Strike Eagle” qırıcısı.
İran HHM atəşi ilə vurulmuş 1 ədəd A-10 “Thunderbolt II” hücum təyyarəsi.
“Şahzadə Sultan” aviabazasında məhv edilmiş 1 ədəd E-3G “Sentry” uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi.
Havada toqquşma nəticəsində qəzaya uğramış 1 ədəd KC-135 yanacaqdoldurma təyyarəsi.
Havada toqquşma nəticəsində zədələnmiş 1 ədəd KC-135 yanacaqdoldurma təyyarəsi.
“Şahzadə Sultan” aviabazasında məhv edilmiş 1 ədəd KC-135 yanacaqdoldurma təyyarəsi.
İranın aviabazaya endirdiyi atəş nəticəsində zədələnmiş 5 ədəd KC-135 yanacaqdoldurma təyyarəsi.
İran HHM qüvvələri tərəfindən vurulmuş 17 ədəd “MQ-9 Reaper” pilotsuz uçuş aparatı.
Aviabazada FPV tipli PUA zərbəsi nəticəsində zədələnmiş 1 ədəd UH-60 helikopteri.
Axtarış-xilasetmə əməliyyatı zamanı yerdən açılan atəş nəticəsində zədələnmiş 2 ədəd HH-60G “Pave Hawk” helikopteri.
Küveyt aviabazasında məhv edilmiş 1 ədəd CH-47 “Chinook” helikopteri.
Son 10 gün ərzində amerikalılar eyni anda 4 təyyarə, 3 helikopter və 5 pilotsuz uçuş aparatı itiriblər, həm havada, həm də yerdə məhv edilmiş və ya zədələnmiş vəziyyətdə. Üstəlik, bu itkilərin yarısı son bir günün payına düşüb”, - deyə kanal bildirib.
Sevinc Əliyeva
Ordu.az