Madaqaskar hakimiyyəti dövlət çevrilişi cəhdinin qarşısının alındığını açıqlayıb: 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

2026/04/1775312722.jpg
Oxunub: 463     18:22     04 Aprel 2026    
Madaqaskar prokurorluğu ölkənin müvəqqəti rəhbəri polkovnik Maykl Randrianirinanın qətlinə hazırlıqda şübhəli bilinən 13 nəfərə, o cümlədən 1 generala qarşı cinayət işi açıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

General Randrianirina 2025-ci ilin oktyabrında baş vermiş etiraz aksiyalarından sonra hakimiyyətə gəlib.

Həmin etirazların nəticəsində onun sələfi Andri Racoelina istefa vermişdi.

Prokuror Narindra Navalona Rakotoniayna bildirib ki, 11 şübhəli saxlanılıb, qalanları barəsində isə həbs orderi verilib.

“Qeyd etmək lazımdır ki, bu iş üzrə cəlb olunanlar arasında yüksək rütbəli zabitlər, o cümlədən dövlət çevrilişində iştirak etmək niyyətini açıq şəkildə bəyan etmiş bir general da var”, - deyə o bildirib.

Rakotoniayna generalın adını çəkməsə də, polkovnik Patrik Rakotomamonjinin əməliyyatı düşünən və təşkil edənlər arasında olduğunu vurğulayıb.

O, yanvarda vəzifədən azad edilənədək prezident administrasiyasında rəhbər vəzifə tutub.

Prokurorun sözlərinə görə, müstəntiqlər “WhatsApp” tətbiqi vasitəsilə şübhəlilərin yazışmalarını aşkarlayıblar, onlardan bəziləri isə artıq hesablarındakı vəsaitin sui-qəsdin maliyyələşdirilməsinə sərf olunduğunu etiraf ediblər.

Şübhəlilərin mənzillərində aparılan axtarışlar zamanı silah və külli miqdarda pul da aşkarlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Madaqaskar   Çevriliş  


Bizi "telegram"da izləyin