İran XİN başçısı “Buşehr” AES-ə zərbələrdən danışıb: “Zaporojye AES ətrafındakı Qərb qəzəbini xatırlayırsınız?”

2026/01/1768240731.jpg
Oxunub: 509     18:20     04 Aprel 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin “Buşehr” Atom Elektrik Stansiyasının ərazisinə endirdiyi davamlı zərbələrə münasibət bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.

O, Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyası ətrafında baş verənlərlə bağlı Qərbin reaksiyası ilə paralellər aparıb.

“Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında gedən hərbi əməliyyatlarla bağlı Qərbin qəzəbini xatırlayırsınız? İsrail və ABŞ artıq dörd dəfə bizim “Buşehr” atom elektrik stansiyamızı bombalayıb. Radioaktiv çöküntülər Tehranda yox, Fars körfəzi ölkələrinin paytaxtlarında həyatın dayanmasına gətirib çıxaracaq. Neft-kimya müəssisələrimizə hücumlar da əsl hədəflər barədə işarə verir”, - deyə Əraqçi bildirib.

Xatırladaq ki, “Buşehr” AES daha əvvəl də dəfələrlə ABŞ-İsrail zərbələrinə məruz qalıb.

Bu gün baş vermiş növbəti hücum nəticəsində atom elektrik stansiyasının bir əməkdaşı həlak olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran  


Bizi "telegram"da izləyin