CNN: İranla münaqişə zamanı ABŞ-nin itirdiyi pilotlu təyyarələrin sayı yeddiyə çatıb

2026/04/thumb-1775246401.jpg
Oxunub: 526     18:19     04 Aprel 2026    
CNN telekanalı İranla münaqişə zamanı ABŞ-nin itirdiyi pilotlu təyyarələrin sayını ümumiləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, onların sayı yeddiyə çatıb.

Cümə günü baş vermiş ayrı-ayrı insidentlər zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 və A-10 təyyarələrinin itirilməsi İranla müharibədə məhv edilmiş pilotlu texnikanın məlum sayını yeddiyə çatdırıb.

CNN həmin itkilərin xronologiyasını da dərc edib.

Martın 2-də Küveytin hava hücumundan müdafiə qüvvələri “dost atəşi” insidenti zamanı üç F-15 qırıcısını vurub. Heyətin bütün altı üzvü uğurla katapult edib, ABŞ müdafiə naziri Pit Heqset isə bu həftə bildirib ki, pilotlardan üçü artıq xidmətə qayıdıb və İrana qarşı həyata keçirilən hava hücumlarında iştirak edir.

Martın 12-də İraqda baş verən qəza nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 yanacaqdoldurma təyyarəsinin bütün altı heyət üzvü həlak olub. ABŞ hərbçiləri aydınlaşdırıblar ki, təyyarə düşmən və ya müttəfiq qüvvələr tərəfindən vurulmayıb. O, böyük ehtimalla “Epik Qəzəb” əməliyyatı ilə bağlı tapşırığın icrası zamanı başqa bir təyyarə ilə toqquşub. Məlumatda qeyd olunub ki, ikinci təyyarə uğurla eniş edib.

Martın 27-də İranın Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” aviabazasına həyata keçirdiyi hücum nəticəsində uçuş zolağında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “E-3 Sentry” uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi məhv edilib. Bunu CNN-in dərc etdiyi fotolar göstərir.

CNN bildirir ki, aviabazaya endirilən zərbə nəticəsində azı 10 amerikalı hərbçi həlak olub. Ölənlərlə bağlı başqa məlumat verilməyib.

Mənbələrin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yanacaqdoldurma təyyarəsi də zədələnib.

Bundan başqa, ötən ay Amerika F-35 qırıcısı Yaxın Şərqdə yerləşən ABŞ aviabazalarından birində məcburi eniş edib. Qeyd olunur ki, böyük ehtimalla təyyarə İran atəşi ilə vurulub. Bu barədə CNN-ə vəziyyətlə tanış olan iki mənbə məlumat verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin