Ordu.az xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçov bildirib.
Onun sözlərinə görə, son zərbə nəticəsində AES ərazisindən 198 nəfər təxliyə edilib.
Lixaçov bildirib ki, Buşehr AES-dən çıxarılan rus mütəxəssislərin növbəti uçuşu İrəvan hava limanı vasitəsilə həyata keçiriləcək.
“Adətən Ermənistan hökuməti ilə əməkdaşlıq bizim üçün çox rahatdır, çünki tərəfdaşlarımız bu regiondan məhz İrəvan hava limanı vasitəsilə çıxacaqlar”, - deyə o qeyd edib.
O qeyd edib ki, beynəlxalq ictimaiyyət son hücuma narahatlıqla reaksiya verib.
“Beynəlxalq ictimaiyyət, təbii ki, baş verənlərə narahatlıqla yanaşdı. BAEA-nın baş direktoru bəyanatla çıxış etdi. Tərəfdaşlarımızla çoxsaylı əlaqələr, telefon zəngləri və elektron məktublar artan narahatlığın göstəricisidir. Münaqişənin eskalasiyası meyli hamıda ciddi ehtiyat yaradır”, - deyə Lixaçov jurnalistlərə bildirib.
Xatırladaq ki, Buşehr AES-in ərazisinə endirilən son zərbə nəticəsində bir əməkdaş həlak olub.
***
İranın "Buşehr" Atom Elektrik Stansiyasına yaxın əraziyə mərmi düşdükdən sonra Rusiya orada çalışan mütəxəssislərinin təxliyəsinə başlayıb.
Ordu.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə əsasən, bunu "Rosatom"un rəhbəri Aleksey Lixaçov bildirib.
Onun sözlərinə görə, zərbədən 20 dəqiqə sonra təxliyə başlayıb:
"Salonunda 198 nəfər olan avtobuslar İran-Ermənistan sərhədinə yönəlib. Bu ən böyük təxliyə dalğasıdır".
A.Lixaçov ümid edir ki, rusiyalı mütəxəssislər 2-3 günə İranın ərazisindən çıxıb öz evlərində olacaqlar.
"Rosatom" rəhbəri bildirib ki, marşrutun təhlükəsizliyini təmin etmək üçün bu barədə məlumat ABŞ və İsrailin müvafiq orqanlarına verilib.
Qeyd edək ki, şənbə günü "Buşehr" AES-in yaxınlığında mərmi partlayıb. Bundan əvvəl bu ərazi üç dəfə - martın 17, 24 və 27-də atışı tutulub.
Sevinc Əliyeva
Ordu.az