Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, İran ordusu hava limanında yerləşən obyektlərə zərbələr endirib.
Açıqlamada qeyd olunub: “Biz pilotsuz uçuş aparatları ilə “Ben Qurion” hava limanında yerləşən “İsrail rejimi”nin obyektlərinə zərbələr endirdik”.
Məlumata görə, səhər saatlarından etibarən hava limanının “yeni idarəetmə qülləsi”, “1-ci və 2-ci terminalların idarəetmə qüllələri”, “naviqasiya sistemləri”, eləcə də “antenalar və radiolokasiya sistemləri” kütləvi hücuma məruz qalıb.
Sevinc Əliyeva
Ordu.az