Münaqişə başlayandan etibarən İran İordaniya istiqamətinə 161 raket və 120 PUA buraxıb

2026/03/1774979244.jpg
Oxunub: 564     17:22     04 Aprel 2026    
İordaniya Silahlı Qüvvələri açıqlayıb ki, münaqişənin başlanmasından etibarən İran krallıq ərazisinə doğru 161 raket və 120 pilotsuz uçuş aparatı buraxıb.

Ordu.az xəbər verir ki, bu barədə “Petra” agentliyi məlumat yayıb.

İordaniya ordusu uçan hədəflərin hamısını, 20-si istisna olmaqla, uğurla zərərsizləşdirə bilib.

Qeyd edilir ki, İran tərəfindən həyata keçirilən bütün hücumlar İordaniya ərazisində yerləşən həyati əhəmiyyətli obyektləri hədəfə alıb və bu, hücumların təsadüfi olmadığını göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   Eskalasiya  


Bizi "telegram"da izləyin