İtaliya və Qətər liderləri gərginliyin azaldılmasına və enerji təhlükəsizliyinin təmininə çağırıb

2026/04/1775311407.jpg
Oxunub: 545     16:40     04 Aprel 2026    
Qətərin əmiri şeyx Təmim bin Həməd Al Tani və İtaliyanın baş naziri Corcia Meloni Dohada keçirilən yüksək səviyyəli görüşdə regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Tərəflər qeyd ediblər ki, mövcud gərginlik azaldılmalıdır.

Onlar hesab edirlər ki, yaranmış böhranın həlli üçün ən yaxşı yol siyasi dialoq və diplomatiyadır.

Qətər tərəfinin yaydığı məlumata görə, liderlər həmçinin böhranın energetika sektoruna və tədarük zəncirlərinə təsirini müzakirə edərək regional enerji təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   İtaliya  


Bizi "telegram"da izləyin