SEPAH Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə zərbə endirildiyini açıqlayıb

2026/04/1775027745.jpg
Oxunub: 573     16:14     04 Aprel 2026    
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə zərbə endirildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatı Hörmüz boğazında MSC “Ishika” gəmisinə zərbə endirib.

Açıqlamada qeyd olunub ki, gəmi İsraillə əlaqəli olub və zərbə nəticəsində gəmidə güclü yanğın baş verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin