Dəməşq və ətrafında partlayışlar baş verib

2025/06/1750780330.jpg
Oxunub: 393     10:52     04 Aprel 2026    
Dəməşqdə və onun ətrafında partlayışlar baş verib, səbəblər hələ ki məlum deyil.

Ordu.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Telekanalın məlumatına görə, partlayışlar Suriya paytaxtında və ona yaxın rayonlarda qeydə alınıb.

Hadisənin səbəbləri hazırda məlum deyil. Bununla yanaşı, bildirilib ki, partlayışlar İran raketlərini ələ keçirən İsrailin hava hücumundan müdafiə sistemləri ilə bağlı ola bilər.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəməşq   Suriya  


Bizi "telegram"da izləyin