Tramp DTN əməkdaşlarının əməkhaqqı borclarının ödənilməsini tapşırıb

2026/04/1775031983.jpg
Oxunub: 442     06:42     04 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) əməkdaşlarına qurumun maliyyələşdirilməsinin dayandırılması səbəbindən əldə etmədikləri bütün vəsaitlərin ödənilməsi barədə göstəriş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin sənədlərində deyilir.

Amerika lideri nazirliyin rəhbərliyinə İnzibati Büdcə İdarəsi ilə birlikdə əməkdaşların maaş və imtiyazlarının tam həcmdə ödənilməsini təmin etməyi tapşırıb.

"İctimai təhlükəsizliyin təmin edilməsi üzrə ən mühüm vəzifələri yerinə yetirən on minlərlə DTN əməkdaşı çətinliklə dolanır", - Tramp qeyd edib.

O vurğulayıb ki, yaranmış durumu milli təhlükəsizliyə təhdid yaradan fövqəladə vəziyyət hesab edir.

DTN-in maliyyələşdirilməsi fevralın 14-dən dayandırılıb. Bu fonda ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsinin yüzlərlə əməkdaşı maaşların ödənilməməsi səbəbindən işdən çıxıb ki, bu da hava limanlarının işində axsamalara gətirib çıxarıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   DTN  


Bizi "telegram"da izləyin