“The Guardian”: Tramp Böyük Britaniyanın baş nazirini məsxərəyə qoyub

2026/01/1769315164.jpg
Oxunub: 469     21:08     03 Aprel 2026    
ABŞ-nin prezidenti Donald Trampın Böyük Britaniyanın baş naziri Kir Starmeri məsxərəyə qoyduğu görüntülər yayılıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Tramp iddia edib ki, Starmer Yaxın Şərqə Britaniya aviadaşıyıcılarını göndərmək qərarını verməzdən əvvəl komandası ilə məsləhətləşməli olduğunu deyib.

ABŞ prezidenti bildirib ki, Böyük Britaniya “ən yaxşı müttəfiqlərdən biri” olmalı idi, lakin İranla müharibə zamanı belə olmayıb.

“Onlar ən yaxşıların ən yaxşısı olmalı idilər, amma olmadılar. Mən dedim: “Sizin iki köhnə, yararsız aviadaşıyıcınız var, onları bizə göndərə bilərsiniz?”.

“Ah, mən komandamdan soruşmalıyam”.

“Mən dedim: “Siz baş nazirsiniz, soruşmağa ehtiyac yoxdur”.

“Yox, yox, yox, mən komandamdan soruşmalıyam. Gələn həftə görüşəcəyik”.

“Amma müharibə artıq başlayıb. Gələn həftə müharibə bitəcək... üç günə”, - deyə Tramp çıxışı zamanı qeyd edib.

Bu açıqlamaların mediaya qapalı keçirilən nahar zamanı edildiyi bildirilir. Ağ Ev sonradan həmin görüntüləri sosial şəbəkələrdə yayımlasa da, daha sonra silib.

Tramp həmin nahar zamanı Fransa prezidenti Emmanuel Makronu da məsxərəyə qoyaraq onun “hələ də çənəsinə aldığı zərbədən sonra bərpa olunduğunu” deyib və Makronun həyat yoldaşının “ona çox pis davrandığını” iddia edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Starmer  


Bizi "telegram"da izləyin