İsrail Beyruta və Tehrana zərbələr endirib

2026/04/1775233137.jpg
Oxunub: 416     20:16     03 Aprel 2026    
İsrail ordusu Beyrut şəhərinə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bununla yanaşı, Tehranın infrastruktur obyektlərinə də genişmiqyaslı zərbələr həyata keçirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr İranın paytaxtı Tehrana və ölkənin iri şəhərlərinə yönəlib. Hücumlardan dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatlarının başladığını açıqlayıb. İsrail və ABŞ-nin hücumları nəticəsində İranın ali rəhbəri ayətullah Əli Seyid Xameneyi və digər yüksək vəzifəli şəxslər də həlak olub.

Martın 2-də “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub. İsrail isə bu hərəkat əleyhinə əməliyyatlara başladığını bəyan edib.

Martın 23-də ABŞ-nin prezidenti Donald Tramp İranla danışıqların bir həftə davam edəcəyini bildirib və hərbi zərbələrin beş gün təxirə salındığını qeyd edib. Lakin İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Beyrut   Tehran  


Bizi "telegram"da izləyin