Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Hərbi Dəniz Qüvvələrinin istefada olan vitse-admiralı Cem Gürdəniz bildirib.
Onun sözlərinə görə, Ukrayna yalnız “Mavi axın” və “Türk axını” qaz kəmərlərinə deyil, həm də Bosfora yaxınlaşan tankerlərə hücum edir. O qeyd edib ki, martın 26-da Bosfora yaxınlaşan və faktiki olaraq Türkiyənin ərazi sularında olan tanker hücuma məruz qalıb.
“Əgər dənizə bir milyon bareldən artıq yanacaq tökülsəydi, bu, Bosfor və Mərmərə dənizindəki bütün dəniz canlılarını məhv edərdi. Ukrayna müharibəni bütün regiona yaymaq üçün bütün vasitələrdən istifadə edir”, - deyə Gürdəniz “X” platformasında yazıb.
Sevinc Əliyeva
Ordu.az