Pakistan və Səudiyyə Ərəbistanı XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

2026/04/1775228489.jpg
Oxunub: 388     18:31     03 Aprel 2026    
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Faisal bin Farhan Al Saud ilə telefonla danışıb və regiondakı vəziyyəti müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb.

"Nazirlər regional vəziyyəti müzakirə edib, son hadisələr ətrafında fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib və əlavə edilib ki, söhbət əsnasında gərginliyin azaldılması və dialoqa ehtiyac olduğu vurğulanıb:

"Fars körfəzi və Yaxın Şərqdə sülh üçün beş bəndlik Pakistan-Çin təşəbbüsü də müzakirə edilib".

Bununla yanaşı, Pakistan və Səudiyyə Ərəbistanı arasında sıx təmaslar razılaşdırılıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin