Pezeşkian Trampın İranı "daş dövrü"nə qaytarmaqla bağlı hədələrinə cavab verib

2026/03/1773036363.jpg
Oxunub: 475     17:37     03 Aprel 2026    
İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın İranı "daş dövrü"nə" qaytarmaqla bağlı hədələrinin genişmiqyaslı hərbi cinayət hesab edilib-edilməyəcəyi ilə maraqlanıb.

Ordu.az-ın verdiyi məlumata görə, Pezeşkian bunu "X" sosial şəbəkəsində yazıb.

"Mən bu sualı ixtisasca hüquqşünas olan finlandiyalı həmkarıma (Aleksandr Stubb - red.) verdim", - İran Prezidenti qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Tramp ABŞ-nin yaxın 2-3 həftə ərzində İrana zərbələrin intensivliyini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdığını bəyan edərək, İranı "daş dövrü"nə qaytarmaqla hədələyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   Tramp  


Bizi "telegram"da izləyin