Ordu.az xəbər verir ki, bunu “Cnews” televiziya kanalının efirində Fransanın Xarici İşlər Nazirliyində Avropa məsələləri üzrə nazir nümayəndəsi Benyamen Haddad səsləndirib.
“Mənim kristal kürəm yoxdur, amma hər halda biz uzun sürəcək və uzunmüddətli nəticələr doğuracaq müharibəyə hazırlaşmalıyıq. Bu münaqişə artıq bir aydır davam edir və çıxış yolu görünmür”, - deyə o bildirib
Dövlət nümayəndəsi qeyd edib ki, İranda ABŞ-İsrail müharibəsinin nəticələri bütün dünyada hiss olunur. O əlavə edib ki, Fransa regiondan neft məhsullarının tədarükündəki fasilələrdən daha az zərər görsə də, yanacaq qiymətlərinin artması ilə üzləşir.
Haddad bildirib ki, yanacaq qiymətləri ABŞ-də də aktual problemdir. Bu kontekstdə o, ABŞ prezidenti Donald Trampı digər ölkələrə Hörmüz boğazını müstəqil şəkildə açmağa çağırdığı üçün tənqid edib. “Siz problem yarada bilməzsiniz, sonra isə başqalarını onu həll etməyə məcbur edə bilməzsiniz”, - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az