Ordu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi Rusiyanın guya belə bir addıma hazır olmaması ilə bağlı mediada yer almış reaksiya ilə artıq tanış olub:
"Lakin bu cavabın nə dərəcədə ciddi olması sual altındadır. Biz hamımız media məkanında onların cavabını gördük: onlar (Rusiya - red.) guya buna hazır deyillər. Bu cavabın nə dərəcədə ciddi olduğu mənə aydın deyil. Biz sorğumuzu ABŞ tərəfinə təqdim etdik. Onların öz mesajlarını da çatdırmaq imkanı olub-olmayacağını bilmirəm. Pasxa atəşkəsi ilə bağlı təklifimiz qüvvədədir".
Ordu.az