ABŞ ordusunun Baş Qərargah rəisi vəzifəsini icra edən şəxs general Kristofer Lanev təyin olunub

2026/04/1775206293.jpg
Oxunub: 466     12:45     03 Aprel 2026    
ABŞ ordusunun Baş Qərargah rəisi vəzifəsini icra edən şəxs general Kristofer Lanev təyin olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı Pentaqondakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

O, bu vəzifədə müdafiə naziri Pit Heqset tərəfindən vəzifədən azad edilmiş general Rendi Corcu əvəz edib.

Lanev 2025-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp tərəfindən ordunun Baş Qərargah rəisinin müavini təyin olunmazdan əvvəl nazir Heqsetin baş hərbi köməkçisi vəzifəsində çalışıb. Telekanalın məlumatına görə, o, Heqsetin etibarlı şəxslərindən biri hesab olunur və ABŞ ordusunun yeni strateji konsepsiyasını istiqamətləndirə bilər.

2022-2023-cü illərdə general 82-ci hava-desant diviziyasının komandiri vəzifəsində çalışıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ordu  


Bizi "telegram"da izləyin