Britaniyalı “yeni Nostradamus” Tramp barədə qorxulu proqnoz verib

2026/04/1775150186.jpg
Oxunub: 552     09:58     03 Aprel 2026    
Sarı mətbuatda geniş işıqlandırılan bu hadisə özünü “Cəhənnəm peyğəmbəri” adlandıran və tez-tez “yeni Nostradamus” kimi təqdim olunan Kreyq Hamilton-Parkerə diqqəti yenidən yönəldib.

Ordu.az xəbər verir ki, bu barədə “Express” məlumat yayıb.

O iddia edir ki, əvvəllər “Brexit”, 2016-cı ildə ABŞ-də Donald Trampın seçkilərdə qələbəsi və COVID-19 pandemiyası da daxil olmaqla bir sıra mühüm qlobal hadisələri əvvəlcədən proqnozlaşdırıb. Ancaq bu iddialar mübahisə və tənqid mövzusu olaraq qalır.

Bu dəfə onun yeni proqnozu Trampın gələcəyi ilə bağlı diqqət çəkib. Hamilton-Parker bildirir ki, geosiyasi gərginliyin artması, o cümlədən Yaxın Şərqdə böhranlar və mümkün qlobal münaqişələr fonunda elə bir vəziyyət yarana bilər ki, Tramp öz səlahiyyət müddətindən sonra da hakimiyyətdə qala bilər.

Bu isə ABŞ Konstitusiyasının prezident vəzifəsini iki müddətlə məhdudlaşdıran 22-ci düzəlişinə birbaşa zidd olan ehtimal olunan üçüncü prezidentlik müddəti deməkdir.

O bunu qlobal siyasətdə mümkün “dönüş nöqtəsi” kimi izah edir. Onun fikrincə, böyük beynəlxalq münaqişə və ya böhranlar silsiləsi fövqəladə tədbirlərin tətbiqinə səbəb ola bilər və bu da “mövcud qaydaların pozulmasına” gətirib çıxarar. Belə ssenaridə tanış demokratik mexanizmlər müvəqqəti olaraq dayandırıla bilər.

Hamilton-Parker həmçinin sürətlə dəyişən dünyanı öz proqnozlarının əsaslandırılması kimi göstərir və qeyd edir ki, yaxın keçmişdə mümkün sayılmayan hadisələr artıq beynəlxalq səviyyədə ciddi şəkildə müzakirə olunur. Onun fikrincə, məhz bu qeyri-sabitlik əvvəllər real görünməyən ssenarilər üçün şərait yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Parker   ABŞ  


Bizi "telegram"da izləyin