Pakistanda polis məntəqəsi yaxınlığında partlayış olub, 5 nəfər ölüb, 13 nəfər yaralanıb

2026/04/1775195016.jpg
Oxunub: 399     09:39     03 Aprel 2026    
Pakistanın Bannu şəhərində polis məntəqəsi yaxınlığında baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 13 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə "Dawn" portalı məlumat yayıb.

Yaralananlar arasında bir polis əməkdaşı var.

Məlumata görə, partlayış partlayıcı maddələrlə doldurulmuş avtomobilin polis məntəqəsinin arxa divarına çırpılması zamanı baş verib. Güclü partlayış nəticəsində polis məntəqəsinin divarı uçub və binanın içərisində şüşələr sınıb, həmçinin yaxınlıqdakı evlər zədələnib. Eyni zamanda, mülki əhali arasında itkilərə səbəb olub.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Partlayış  


Bizi "telegram"da izləyin