“La Tribune”: Fransa BƏƏ-ni “Dassault Rafale” F5 qırıcısının modernləşdirilməsinin maliyyələşdirilməsinə cəlb edə bilməyib

2025/04/1743671735.jpg
Oxunub: 430     09:37     03 Aprel 2026    
Fransa Birləşmiş Ərəb Əmirliklərini “Dassault Rafale” F5 qırıcısının modernləşdirilməsi proqramının maliyyələşdirilməsinə cəlb edə bilməyib.

Ordu.az xəbər verir ki, bu barədə “La Tribune” yazır.

Fransa mediasının məlumatına görə, Parisin Əmirliklər tərəfdən 3,5 milyard avroyadək vəsait almağa ümid bəslədiyi danışıqlar dalana dirənib və faktiki olaraq nəticəsiz başa çatıb.

Əvvəlcə güman edilirdi ki, Birləşmiş Ərəb Əmirlikləri ümumi dəyəri təxminən 5 milyard avro qiymətləndirilən təyyarənin yeni versiyasının hazırlanmasında əsas tərəfdaş ola bilər. Lakin Əmirliklər tərəfi texnologiyalara çıxış və layihədə daha dərin iştirak, o cümlədən onun hazırlanmasına təsir göstərmək imkanında israr edib.

Fransa isə öz növbəsində bir sıra həssas texnologiyaları, xüsusilə optoelektron sistemlər sahəsində olan texnologiyaları bölüşməkdən imtina edib. Nəticədə tərəflər kompromisə gələ bilməyib və Birləşmiş Ərəb Əmirlikləri proqramın maliyyələşdirilməsində iştirak etməmək qərarına gəlib.

Danışıqların uğursuzluğundan sonra Fransa, görünür, “Rafale” F5-in hazırlanması xərclərini ya özü qarşılamalı, ya da alternativ maliyyə mənbələri axtarmalı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   BƏƏ  


Bizi "telegram"da izləyin