Tramp İranı körpülərini və elektrik stansiyalarını dağıtmaqla hədələyib

2026/04/1775129773.jpg
Oxunub: 489     07:28     03 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp İrandan tezliklə razılığa gəlməsini tələb edib.

Ordu.az-ın məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

ABŞ prezidenti İranı mülki infrastrukturunu məhv etməklə hədələyib.

Onun sözlərinə görə, ABŞ ordusu "hələ İranda qalanları məhv etməyə başlamayıb".

"Növbəti addım körpülər, daha sonra isə elektrik stansiyaları olacaq! Hakimiyyətdə olan yeni rejim nə edilməli olduğunu bilir və bunu tez bir zamanda etmək lazımdır!" - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin