Tramp İranın ən böyük körpüsünün məhv edilməsi ilə öyünüb və Tehrana “gec olmadan” razılaşma çağırışı edib

2026/04/1775027610.jpg
Oxunub: 665     21:08     02 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində İranda körpüyə endirilən zərbənin videosunu paylaşıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“İranın ən böyük körpüsü dağılıb, artıq ondan heç vaxt istifadə olunmayacaq. Qarşıda hələ çox iş var. İran gec olmadan razılaşmalıdır, əks halda onu böyük ölkə edə biləcək heç nə qalmayacaq”, - deyə Tramp videoya şərhində bildirib.

Daha əvvəl İran KİV-ləri Tehran-Kərəc avtomobil yolunda bir gün ərzində iki zərbə endirildiyini xəbər vermişdi. İki nəfərin öldüyü bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin